
Qazaxıstan şirkətlərinin 58,4%-i hesablaşma əməliyyatlarında rubldan istifadə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, xarici tərəfdaşlarla hesablaşmalarda istifadə olunan əsas valyutalar ABŞ dolları və Rusiya rublu olaraq qalır. Mədənçıxarma sənayesində hesablamalarda dollar üstünlük təşkil edir. ABŞ valyutasından müəssisələrin 62,1%-i istifadə edir.
Digər tərəfdən, emal sənayesində müəssisələrin 64,9%-i hesablamalarında rubldan istifadə edir. Ticarət müəssisələrinin 58,4%-i də Rusiya valyutası ilə hesablaşmalar aparır.