İlham Əliyevin köməkçisindən "Qarabağ"la bağlı paylaşım


Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Tviter səhifəsində yazıb.
“Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”, - Ş. Mövsümov qeyd edib.
Qeyd edək ki, ötən gecə “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bakıdakı heç-heçədən sonra “Viktoriya”ya uduzan “Qarabağ” ÇL-də mübarizəni dayandırıb.
Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top