Pelosinin ərinə 5 sutka həbs verildi


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ərinə 5 sutka həbs cəzası verilib.
Yeniavaz.com
“The Wall Street Journal”a istinadla xəbər verir ki, buna səbəb onun sərxoş halda avtomobil idarə etməsi və nəticədə qəza törətməsi olub.
Kaliforniyanın Napa dairə məhkəməsi Pol Pelosinin zərərçəkənə 4,9 min dollar təzminat və məhkəmə xərcləri üçün 1723 dollar ödəməli olduğuna qərar verib. Həmçinin, Nensi Pelosinin ərinə beş sutka həbs cəzası verilib, lakin o, həbs olunmayacaq. Məhkəmə onun əvvəllər həbsdə keçirdiyi iki günü və yaxşı davranışlarını nəzərə alaraq növbəti günlərdə həbsdə qalmasına ehtiyac olmadığına qərar vrib.
Bundan əlavə, Pol Pelosi üç il sınaq müddəti ilə cəzalandırılıb.
Qeyd edək ki, bu il mayın 28-də 82 yaşlı Pol Pelosi sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edilmiş və 5 min dollar girov müqabilində sərbəst buraxılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top