Bakıda 39 yaşlı kişi üzərindəki qumbaranı partlatdı


Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan F-1 qumbaranı partladıb.

DİN Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.
Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisədə xəsarət alan yoxdur.
Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Onların birgə nikahdan 3 övladı var.

DİGƏR XƏBƏRLƏR

Top