ABŞ Polşaya 12 ədəd F-22 “Raptor” qırıcısı yerləşdirir


ABŞ Hərbi Hava Qüvvələri NATO-nun bölgədəki missiyasını gücləndirmək və alyansın şərq cinahını qorumaq üçün 12 beşinci nəsil Amerika F-22 “Raptor” qırıcısını Polşaya yerləşdirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lask şəhərindəki 32-ci taktiki aviabazada keçirilən brifində deyilib.
ABŞ Hərbi Hava Qüvvələrinin 90-cı Ekspedisiya Qırıcı Eskadrilyasının komandiri Maykl Kendalın sözlərinə görə, 12 təyyarə gündəlik uçuşlarda iştirak etmir, lakin müntəzəm olaraq Avropanın hava məkanında görünür. Onun sözlərinə görə, bu yaxınlarda Slovakiya, Estoniya, Baltik dənizi sahilləri üzərində təlim uçuşları, Almaniyaya və Avropanın cənubuna uçuşlar həyata keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top