Narkotacirlər saxlanıldı - Video


Ağcabədi Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ceyhun Hüseynov saxlanılıb.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, onun üzərinə və həyətində saxladığı avtomobilinə baxış keçirilən zaman 2 kiloqram 200 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Akşin Qəniyev və Fədail Qəniyev isə Cəlilabad rayonu ərazisində  şübhəli şəxs kimi saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 3 kiloqrama yaxın heroin, 1 kiloqram 240 qram tiryək, 5 kiloqramdan artıq marixuana və 835 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər. Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları da narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakini Sasun Yusufovu saxlayıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram  narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Sasun Yusufovun  barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top