“Türkiyə Krımın ilhaqını tanımır” - Ərdoğan


Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-qanuni olduğunu açıq şəkildə bildirir.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin zirvəsinə ünvanlanmış videomesajda deyib.
O qeyd edib ki, bu, təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan bir haldır.
“Ukraynanın ayrılmaz hissəsi olan Krımın ona geri qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir”, - deyə o vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top