Belqorodda silah anbarında partlayış baş verdi, sakinlər təxliyə edildi


Belqorod vilayətinin Timonovo kəndi yaxınlığında anbarda baş verən yanğından sonra istehkamçıların zərərsizləşdirə bilmədiyi sursatların kortəbii yanması baş verib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, yaxınlıqdakı sakinlər təhlükəsizlik üçün təxliyə edilib. Bildirilib ki, həmin sursatları istehkamçılar hələ zərərsizləşdirə bilməyib. Tələfat yoxdur.
Qeyd edək ki, Rusiyanın Belqorod vilayətində yerləşən sila-sursat anbarında bir neçə gün əvvəl partlayış baş vermişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top