
“COVID-19-un yayılması hazırda "omikron" ştamının BA.5 alt növünün mutasiyası ilə əlaqəlidir".
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi məlumat yayıb.
Bildirilib ki, yayılmanın artma səbəblərindən biri də yay turizmi və əvvəllər qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.
Eyni zamanda ÜST-ün Avropa Ofisi virusdan qorunmanın və peyvəndin, o cümlədən buster dozanın vacibliyini xatırladıb.