Türkiyə, Gürcüstan və Azərbaycanın nəqliyyat nazirləri görüşdülər


Bu gün Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. O qeyd edib ki, görüşdə Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olunub."Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüşümüz məhsuldar keçib. Xüsusən də, Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatarın yaradılması, qrafiklərin uyğunlaşdırılması və vahid tariflərin müəyyən olunmasını müzakirə etdik",-deyə Nazir əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top