Çoxmərtəbəli binadakı yanğın söndürüldü - Yenilənib


Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


***16:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top