Azərbaycanda ən çox nələr reklam olunur? - Rəsmi


Ötən il Azərbaycanda kütləvi informasiya vasitələrində (KİV) və kütləvi tədbirlərdə yayımlanan reklamlardan 14 milyon 798,5 min manat gəlir əldə olunub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əldə olunan gəlirlərin 89,7%-i və ya 13 milyon 276,5 min manatı teleradio proqramlarında yer alan reklamların payına düşüb.
Reklam gəlirlərinin 8,9%-i və ya 1 milyon 324,3 moin manatı isə dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda yer alan reklamlardan əldə olunub.
Onu da qeyd edək ki, il ərzində reklam xidmətlərilə bağlı 16 min 816 müqavilə imzalanıb. Bu müqavilələrin 59,8%-i və ya 10 min 55-i xidmət sektoru ilə bağlı olub. Müqavilələrin 21,2%-i ərzaq məhsullarının, 15,5%-i isə qeyri- ərzaq mallarının reklamı ilə bağlı olub.
Xidmət sektorunda isə ən çox maliyyə bazarı (bank, sığorta və s.) ilə bağlı reklam müqavilələri imzalanıb. Maliyyə bazarından sonra reklam müqavilələri səhiyyə, turizm, elm və təhsil, həmçinin daşınmaz əmlak sahələrində çox imzalanıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top