Ukrayna səfiri Qazaxıstan XİN-ə çağırıldı


Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevski qazaxıstanlı bloger Dias Kuzairovla müsahibəsində verdiyi açıqlamalardan sonra respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qazaxıstan tərəfi belə bəyanatların xarici dövlətin səfirinin fəaliyyətində yolverilməzliyi və uyğunsuzluğu ilə bağlı mövqe ifadə edir. Bu cür hərəkətlər dövlətlər arasında dostluq münasibətlərinə xələl gətirməməlidir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Vrublevski bu müsahibəsində Ukraynanın məqsədinin mümkün qədər çox rusu öldürmək olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top