“İndi günahkarı tapıb, cəzalandırmağın mənası yoxdur”


“Astarada 356 ibtidai sinif var, 676 ibtidai sinif müəllimi hazırda işləyir. 1 sinfə 1,9 müəllim düşür”.
Yeniavaz.com
xəbər verir ki, bunu media üçün keçirdiyi brifinqdə təhsil və elm naziri Emin Əmrullayev deyib.
“Niyə belədir? Çünki nə vaxtsa o məktəbə lazım olandan daha artıq müəllim işə götürülüb. Bu gün biz o müəllimləri təbii ki, işdən çıxarmırıq, ixtisar etmirik, hər hansı radikal dəyişikliklərə də getmirik. Təhsildə hansısa bir adam tərəfindən buraxılmış səhv çox uzun müddət cəmiyyəti incidir və ağrıdır. Hansısa müəllim, direktor, məmur nə vaxtsa, 90-cı illərdə, 2000-ci illərin əvvəllərində bu və ya digər səbəbdən... İndi gedib günahkarı tapıb, cəzalandırmağın da bir mənası yoxdur. Bu o deməkdir ki, hər müəllimə daha az saat düşür, yəni həmin müəllimlərin əməkhaqqısı aşağıdır”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top