"Silk Vey Holding"ə bağlı aparıcı şirkət ləğv olunur


Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Silk Vey Holding” şirkətlər qrupuna daxil olan “Silk Vey Connect” MMC (VÖEN- 1202027141) ləğv olunduğunu elan edib. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yayımlanıb.
Məlumatda bildirilir ki, “Silk Vey Connect” MMC kreditorlar iki ay ərzində tələblərini “Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev Beynəlxalq aeraportu, "SİLK VVAY" ofis binası, mənzil 1” ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, “Silk Vey Connect” MMC 26.04.2018-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon manat olan MMC-nin qanuni təmsilçisi Nəsirov Zaur İbrahim oğludur. 
Nizamnamə kapitalı 7 milyon 370 min 200 manat olan “Silk Vey Holding” MMC-nin qanuni təmsilçisi Axundov Zaur Sənan oğludur. “Silk Vey Connect” MMC-dən başqa holdinqə “Silk Vey Development” MMC (Nizamnamı kapitalı - 12 milyon 329 min manat), “Silk Vey Sevis Solyuşns” MMC (Nizamnamə kapitalı - 10 manat), “Silk Vey Vest Aviaşirkəti” MMC (Nizamnamə kapitalı – 175 milyon 799 min 832  manat) və digər şirkətlər daxildir.
Xatırladaq ki, uzun illərdir mətbuatda “Silk Vey Holding”in AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb.
Qeyd edək ki, AZAL prezidentinin xanımı Zərifə Həmzəyeva "Premium Bank” ASC-nin əsas səhmdarıdır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top