Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq istəyir


Xəbər verdiyimiz kimi, ötən gün ictimai fəal Bəxtiyar Hacıyevin saxlanılması xəbərləri yayıldı. Daha sonra B.Hacıyev feysbuk profilində sərbəst buraxılması barədə paylaşım etdi.
Yeniavaz.com
xəbər verir ki, B.Hacıyev sərbəst buraxıldıqdan sonra jurnalistlərə açıqlamalar verib.
Açıqlamasının sonunda o, Azərbaycan vətəndaşlığından çıxmaq istədiyini bildirib:
“Mən özümü elə hiss edirəm ki, doğrudan da, bu ölkədə vətəndaş kimi qalmağa ehtiyac var, yoxsa yox?! Mən fikirləşirəm ki, bir ərizə yazım, gedək Azərbaycan vətəndaşlığından imtina ilə bağlı Prezident Administrasiyasına müraciət edim. Eyni zamanda Koreya Xalq Demokratik Respublikasının vətəndaşlığını almaq üçün müraciət etmək fikrim var. Bir ölkədə ki, cinayətkarlıqla mübarizə aparmalı olan qurum özünü cinayətkar kimi aparır, vətəndaşı oğurlayır... Vətəndaşı çağırmaq olar, mən cinayət törətməmişəm, törətməkdə şübhəli deyiləm, məni niyə qolumu burub şəhərin mərkəzindən oğurlayıb aparmalıdırlar?!”
Bu məqsədlə jurnalistlərlə birgə Prezident Administrasiyasına yollanan B.Hacıyevi polis əməkdaşları qarşılayıb və inzibati binada qəbul olmadığını bildiriblər.
Daha sonra isə B.Hacıyev növbəti gün (yəni bu gün) ərizəsini Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə təqdim edəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top