Şəhid övladı Türkiyədə təqaüdlə universitetə qəbul oldu - Fotolar


Vətən müharibəsi şəhidi, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundovun oğlu Ağamusa Axundzadə Türkiyə Respublikasının Kocaeli Universiteti, Texnologiya fakültəsi, Biomedikal mühəndisliyi ixtisasına qəbul olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Bildirilib ki, Ağamusa Axundzadə, həmçinin Türkiyə Bursları Vəqfinin təqaüdünü qazanıb.
Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə isə Vətən müharibəsində igidlik və mərdlik göstərərək qəhrəmancasına vuruşub. 2020-ci ilin oktyabrın 2-də M. Axundov Talış istiqamətində gedən döyüşlərdə şəhid olub.
Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə, Mirzə Axundov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.


DİGƏR XƏBƏRLƏR

Top