Böyük Britaniyanın yeni Baş nazirinin adı bu tarixdə bilinəcək


Böyük Britaniyanın yeni Baş nazirinin və Mühafizəkarlar Partiyasının rəhbərinin adı sentyabrın 5-də günorta saatlarında açıqlanacaq.
Yeniavaz.com
xəbər verir ki, “Sky News” bu barədə partiyanın həmsədri Endryu Stivensona istinadən məlumat yayıb.
“Seçkilərin nəticələrinin bazar ertəsi, sentyabrın 5-i saat 12.30-da elan olunacağını təsdiq etməkdən məmnunam”, - deyə mesajda deyilir.
Qeyd edə ki, xarici işlər naziri Liz Truss və keçmiş maliyyə naziri Rişi Sunak Baş nazir postu uğrunda mübarizə aparır. Onlar iyulun 20-də keçirilən seçkilərin sonuncu tura yüksəliblər.

 

DİGƏR XƏBƏRLƏR

Top