Azərbaycan və İranın gömrük rəisləri görüşdü


İran və Azərbaycan gömrük rəislərinin görüşü keçirilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün İran İslam Respublikasının gömrük rəisi Əlirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun Tehranda ikitərəfli görüşü keçirilib.

Görüşdə hər iki tərəf İran, Rusiya və Azərbaycan gömrük başçıları arasında tranzitin asanlaşdırılması sahəsində üçtərəfli anlaşma memorandumunun imzalanmasını çox vacib adlandırıb və bu anlaşma memorandumu İran yük maşınlarının və məhsullarının gecikməməsini təmin edəcəyini qeyd ediblər.

Görüşdə həmçinin, iki ölkənin gömrük orqanları arasında elektron məlumat mübadiləsinin aparılmasının zəruriliyi vurğulanıb. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması üçün məlumatların elektron ötürülməsi ilə bağlı detallar və qarşıda duran məsələlər müzakirə olunub. Astara dəmir yolu terminalı və onun infrastrukturunun tamamlanmasının sürətləndirilməsi İran İslam Respublikası ilə Azərbaycan arasında ticarət mübadiləsində mühüm rol oynadığı qeyd olunub.

Bundan başqa görüşdə sərhədlərin iş saatları ilə bağlı bəzi tənzimləmələrin aparılması müzakirə edilən məsələlər arasında olub.
Tərəflər ticarətin asanlaşdırılması və inkişafı üçün hər hansı gömrük maneələrinin aradan qaldırılmasına tam hazır olduğu vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top