Ukrayna müharibədəki itkilərini açıqladı


“Rusiya ilə müharibədə artıq 9 minə yaxın ukraynalı həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat verib.
O, konkret hansı dövrdən danışdığını - söhbətin 2014-cü ildən və ya Rusiyanın bu ilin fevralında başlatdığı genişmiqyaslı hərbi əməliyyatların əvvəlindən getdiyini dəqiqləşdirməyib:
“Bu müharibədə təkcə hərbçilər deyil, həmçinin silaha sarılanlar da iştirak edir. Burada və məhz bu vaxtda doğulmasından başqa heç bir şeydə günahı olmayan balaca övladlarımız. Onlar həqiqətən nə baş verdiyini başa düşmürlər, amma mütləq Soledar, Baxmut, Velyka Novoselka yaxınlığında və burada qorunmağa ehtiyac duyurlar, çünki ataları cəbhəyə getdi. Və bəlkə də o körpələrdən biri ölən 9 minə yaxın qəhrəmandan biridir”.

DİGƏR XƏBƏRLƏR

Top