Marşrutların hərəkət sxemi “Google Maps”ə yenidən qaytarıldı


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da genişləndirilməsi davam etdirilir.

BNA-dan Yeniavaz.com-a verilən xəbərə görə, bu məqsədlə ötən dövrdə “Alo141” çoxfunksiyalı internet portalı istifadəyə verilib. Burada istifadəçilərə səyahətlərini əvvəlcədən planlaşdırmağa imkan verən müntəzəm marşrut xətləri barədə məlumatlar təqdim edilir.

Artıq bu məlumatları “Google Maps” platformasından da əldə etmək mümkündür. BNA-nin Vahid Dispetçer Xidməti tərəfindən paytaxt ərazisində mövcud marşrut şəbəkəsi, avtobusların hərəkət sxemi, dayanacaq məntəqələri, başlanğıc və son məntəqələri barədə zəruri məlumatlar emal olunaraq “Google Maps"in nəqliyyat komandasına təqdim edilib. Əgər əvvəllər “Google Maps” bu məlumatları həvəskar qruplardan əldə edirdisə, hazırda bu proses peşəkar səviyyədə icra edilir. Xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcəkdir.

Məlumatlandırmanın əhəmiyyətini nəzərə alaraq sərnişinlərimizə daha keyfiyyətli müasir səviyyədə xidmət təqdim etmək üçün əlavə təkmilləşdirmə işləri görülür.

DİGƏR XƏBƏRLƏR

Top