İmran Xan terrorizmdə ittiham olunur


Pakistan polisi keçmiş baş nazir İmran Xana qarşı terrorla mübarizə qanununu pozmaqda ittiham edib.
Yeniavaz.com
“The Guardian”a istinadən xəbər verir ki, buna siyasətçinin İslamabadda keçirilən mitinqdə polis və məhkəməyə qarşı təhdidlər səsləndirməsi səbəb olub.
Bildirilib ki, Xan hələlik azadlıqdadır. Keçmiş baş nazirə qarşı irəli sürülən ittihamlara görə, onu bir neçə il həbs cəzası gözləyə bilər.
“Sky News” məlumat yayıb ki, Xanın vəkili Ali Məhkəməyə sorğu göndərərək siyasətçinin həbsini qadağan edən qərar tələb edib.
Qeyd edək ki, İmran Xan 2018-ci ildə Pakistanın Baş naziri seçilib. Bu il aprelin 10-da etimadsızlıq səsverməsi keçirilib və İmran Xan vəzifəsindən uzaqlaşdırılıb. O, bununla da etimadsızlıq səsverməsi əsasında vəzifəsindən uzaqlaşdırılan Pakistanın ilk Baş naziri olub.

DİGƏR XƏBƏRLƏR

Top