
Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 26 bankın 480 filialı, 95 şöbəsi, 2 min 944 ATM-si olub.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu göstəricilərə istinadən bildirir ki, 26 bankda ümumilikdə 21 min 729 nəfər işləyir.
Bu ilin ilk 7 ayında bank sektorunun işçi sayı 6,9% və ya 1400 nəfər artıb (iyul ayında 203 nəfər artım).
Fəaliyyətdə olan bankların cəmi aktivləri 41 milyard 589,7 milyon manat, cəmi öhdəlikləri 36 milyard 450,5 milyon manat, balans kapitalı 5 milyard 139,2 milyon manat olub.
2022-ci ilin yanvar-iyul aylarında banklar 492,6 milyon manat xalis mənfəət, 741,4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 114,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.