![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/8/22/1/9b4242ea-6d4b-4ce9-bc15-78c73fafec3d/ceyhun-muradov-narkotacir.jpg)
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Muradov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 1 kiloqram 645 qram marixuana, 73 qram tiryək, 64 qram metamfetamin və 1 ədəd bıçaq maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.