Peskov və həyat yoldaşının Türkiyə tətili gündəm oldu - Video


İllərdir Kremlin sözçüsü vəzifəsində çalışan və Rusiya Prezidenti Vladimir Putinin ən etibarlı adamlarından hesab olunan Dimitri Peskov və həyat yoldaşı Tatyana Navkanın Türkiyə tətili müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Navkanın Ukrayna ilə müharibə davam edərkən sosial şəbəkələrdəki paylaşımları olub.
Belə ki, Türkiyəyə gələrək özəl yaxta kirayələyib tətilə çıxan Navka 1 milyon 200 mindən çox izləyicisi olan sosial şəbəkə hesabında əyləndiyi gecədən görüntülər paylaşıb. Görüntülərdə onun xüsusilə Egey adalarında rast gəlinən boşqab qırma ənənəsini tətbiq etdiyi müşahidə olunur.
Navkanın onlarla boşqab sındırarkən çəkilən görüntüləri rusiyalı izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
Bəzi istifadəçilərin görüntülərə reaksiyası belə olub:
“Putinin sözçüsü və həyat yoldaşının müharibənin getdiyi çətin vaxtlarda əyləncə görüntüləri paylaşdıqlarına inana bilmirəm”;
“Bu, qətiyyən uyğun deyil”;
"Bu, tamamilə utancvericidir və onların ölkələrini və vətəndaşlarını nə qədər sevdiklərini göstərir";
“Müharibədə təkcə ukraynalılar yox, rus əsgərləri də ölür və ya əsir götürülür. Bir dəqiqəliyə özünüzü müharibədə həlak olmuş əsgərin anası yerinə qoyun və bu görüntüləri gördüyünüzü təsəvvür edin".
Tvitterdə 400 mindən çox izləyicisi olan jurnalist Culia Yofi isə məsələyə belə münasibət bildirib: “Deyəsən Peskovun həyat yoldaşı Tatyana Navka Yunanıstanda ziyafət təşkil edir. Ərinin Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmağa çalışdığı bir vaxtda onun Avropaya tətilə gedə biləcəyini bilmirdim”.

Qeyd edək ki, Navkanın bu görüntüləri Türkiyədə yoxsa, Yunan adasında çəkdiyi dəqiq deyil. Onun Türkiyədən yaxta ilə yunan adalarından birinə getmiş ola biləcəyi də istisna edilmir.
Xatırladaq ki, həm Navka, həm də Peskov Ukrayna müharibəsinə görə ABŞ və Aİ tərəfindən sanksiya tətbiq edilənlər arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top