Rubinyan Türkiyəyə başsağlığı verib


Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyədə baş vermiş böyük yol qəzası ilə bağlı başsağlığı verib. 
Yeniavaz.com
xəbər verir ki, Rubinyan bu barədə "Twitter" hesabında yazıb.
“Qaziantep və Mardində baş verən yol qəzaları nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm", -deyə Rubinyan yazıb.


 

DİGƏR XƏBƏRLƏR

Top