"Qarabağ"ın kapitanı "Viktoriya" ilə oyunda meydana çıxmaya bilər


"Qarabağ"ın kapitanı Maksim Medvedevin zədəsini sağaltmaq üzrədir.

Yeniavaz.com xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, o,  "Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" (Çexiya) ilə cavab oyunu üçün komanda ilə birlikdə Çexiyaya yollanacaq. Medvedevin sözügedən matçda oynayıb-oynamayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top