Rusiyanın Qara dəniz donanması bu PUA-larla vurulub - İstəyən hər kəs ala bilər


Avqustun 20-də Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahına böyük ehtimalla mülki PUA (Pilotsuz Uçan Aparat) ilə hücum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Bildirilir ki, Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına zərbə "SkyEye 5000mm Pro" adlı mülki PUA tərəfindən həyata keçirilib.
Qeyd edək ki, "SkyEye" PUA-ları ABŞ-da mülki məqsədlər üçün istehsal olunsa da bəzi ölkələrdə hərbi məqəsdlərlə də istifadə edilir. 
Onu da bildirək ki, təxminən 20 kq yük daşıya bilən bu PUA-ları onlayn satış saytlarından sifariş etmək də mümükündür. Qiyməti isə təxminən 8-10 min dollar arasında dəyişir. 


 

DİGƏR XƏBƏRLƏR

Top