Yunan qadın ildə 600 min turistin gəldiyi adanı Türkiyədən almaq istəyir - Fotolar


Yunanıstan vətəndaşı Türkiyəyə məxsus adanın ona babasından miras qaldığını iddia edib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Kalliopu Maqli Muqru adlı qadın Muğla vilayətinin Bodrum rayonundan 3 mil (4,8 km) məsafədə yerləşən və dəniz turizminin ən əhəmiyyətli dayanacaqlarından biri olan Qara Adanın ona babalarından miras qaldğını bildirir.
Yunanıstanda nəşr olunan “Protothema” qəzetinin oxucularına verdiyi xəbərdə bildirilir ki, Bodrumdan 7 mil məsafədəki Kos adasında yaşayan Kalliopu Maqli Muqru, 1922-ci ildəki mübadilə dövründə babalarının Qara adanın bir hissəsini satmalı olduğunu iddia edib. Adanın 1923-cü ildən etibarən Türkiyə tərəfindən tam istifadə edildiyini bildirən Muqru, 9 kvadrat kilometrlik adadakı mirasın və hüquqların geri alınması üçün vəkilləri ilə danışıqlara başladığını açıqlayıb.
Babasından miras qalan Qara Ada ilə bağlı sənəd, müqavilə, vəsiyyətnamə, topoqrafik xəritə və sənədlərin olduğunu bildirən Muqrunun iddiaları ölkədə gündəm olub.
Qeyd edək ki, Qara Ada Egeydə gündəlik tur gəmiləri, yaxtalar və dəniz turizminin ən əhəmiyyətli nöqtələrindən biridir. İldə təxminən 600 min turistin ziyarət etdiyi adada Bodrum Bələdiyyəsinə aid xeyli sayda infrastruktur da mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top