İtaliyada miqrant gəmisində azyaşlı azərbaycanlılar tapıldı - Fotolar


İtaliyada azyaşlı azərbaycanlı miqrantlar xilas edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Lecceprima” məlumat yayıb.
Bildirilib ki, ötən gün – avqustun 20-də gecə Leuka limanında 59 miqrantın olduğu katamaran (ikikorpuslu su nəqliyyat vasitəsi) aşkarlanıb. Miqrantların xilas edilməsi üçün sahil mühafizə xidmətinin əməkdaşları və İtaliya Qızıl Xaçının heyəti tərəfindən əməliyyat başladılıb.
Bildirilib ki, xilas edilən 44 kişi və 8 qadından ibarət qrupda həmçinin 7 uşaq (6 qız və 1 oğlan) var və onlardan ikisi Azərbaycandandır. Ümumilikdə isə miqrantların 25-i iranlı, 7-si fələstinli, 18-i iraqlı, 7-si suriyalıdır.
Qeyd olunub ki, hazırda daşınmaya cavabdeh şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Yoxlamaların sonunda miqrantlar "Masseria Ghermi" adlanan ilk qəbul mərkəzinə aparılacaq.
Bildirilir ki, iki gün əvvəl də - avqustun 19-da Qaqliano del-Kapo ərazisindəki Ciolo sahilləri yaxınlığında 70 miqrant daşıyan katamaran saxlanılıb və içindəkilər xilas edildi.



DİGƏR XƏBƏRLƏR

Top