“Həyatınızın zəhər olmağını istəmirsinizsə, Azərbaycana bağlama göndərməyin” - Video


“Dostlar, əsla Azərbaycana bağlama göndərməyin, sifariş etməyin. Əgər həyatınızın zəhər olmağını istəmirsinizsə”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycandakı gömrük rəsmiləşdirmələri ilə bağlı proseslərdən narazılığını dilə gətirən Kiyev sakini, yaşadığı problemlərlə bağlı yaydığı videomüraciətdə deyib. O bildirib ki, Avstraliyada yaşayan bacısı Bakıda yaşayan anasına tez-tez bağlamalar göndərsə də, Azərbaycandakı gömrük rəsmiləşdirmələri onları xeyli get-gələ və xərcə salıb:
“Salam. Mən Kiyevdə, bacım Avstraliyada, anam isə Bakıda yaşayır. Bacım tez-tez Avstraliyadan anamın könlünü xoş etmək üçün bağlamalar göndərir; kremlər, qida əlavələri, vitaminlər və s.
Deməli, bacım son 30 gündə 2 bağlama göndərib: biri 154 dollarlıq, o biri isə 158 dollarlıq olub. Azərbaycanda aylıq 300 dollarlıq limit var. 158+154=312. Biz limiti 12 dollar keçdiyimiz üçün 4 dollar rüsum ödəməliyik. Buna görə insanları incitmək üçün unikal bir metod qurublar. Bunun üçün adına bağlama gələn vətəndaş smart gömrükdən qeydiyyatdan keçməlidi. Yəni, rüsumu ödəyəcək biri olaraq mən deyil, mütləq anam qeydiyyatdan keçməlidi. Çünki məqsəd insanlara həyatı çətinləşdirməkdir. Anamın isə 73 yaşı var. O yaşda qadın ekrana baxıb 12 saniyədə mətni oxumalıdı, pasportunu bir neçə saniyə ekrana göstərməlidi, hansı ki, eynəksiz anam oxuya bilmir. Sonra bağlamada olan məhsulları yazmalıdı, hansı ki, 25 növ xırda-xuruş şeylər var. Sonra günün kursu ilə qiymətlər konvertasiya olunur”.
Kiyev sakini həm bacısına, həm də digər bütün dostlarına Azərbaycana bağlama göndərməməyi tövsiyə edib:
“Əziz bacım, xahiş edirəm, bir də Azərbaycana heç nə göndərmə.
İndi mən anamdan onun hüquqlarını qoruya bilmək üçün etibarnamə aldım, 10 dollar da ona verdim. Niyəsə 4 deyil, 18 dollar cərimə ödədim. Sonra da gömrüyün karqo saxlanc bölümünə gəlib, 20 dollar ödədim. Burada kiçik pəncərələrə yaxınlaşırsan, gömrükçülər belə kağızlara baxırlar, biri imzalayır, o birinə göndərir. Düz 3 gündür avara kimi bu işlə məşğulam, çünki smart gömrük də çox mürəkkəb sistemdi. Broker köməklik üçün 100 manat istədi.
Dostlar, əsla Azərbaycana bağlama göndərməyin, sifariş etməyin. Əgər həyatınızın zəhər olmağını istəmirsinizsə”.
Sözügedən videomüraciəti təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top