
Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın futbolçusu Toral Bayramovla maraqlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirilir ki, Toral Bayramovun "Qarabağ"ın forması ilə ortaya qoyduğu oyun və nəticələr "Qalatasaray"ın skaut komandalarının diqqətini çəkib və onlar futbolçunun meneceri ilə əlaqə saxlayıblar.
İddiaya görə U-21 millimizin futbolçusu ilə maraqlanan komandalar arasında Türkiyənin "Kayserispor" və "Eyüpspor" da var.
Sosial şəbəkələrdə isə bu iddia futbol azarkeşləri, xüsusilə də “Qalatasaray” azarkeşləri arasında müzakirlərə səbəb olub. Belə ki, bir qrup klubun bu addımı təqdir etsə də, əksər azarkeşlər T. Bayramovun “Qalatasaray”da oynamaq potensialının olmadığını müdafiə edib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsindədir, “Qalatasaray” isə bu il Avropa kuboklarında mübarizə üçün haqq qazana bilməyib.