Batma təhlükəsi ilə qarşılaşan 23 nəfər xilas edildi


Batma təhlükəsi ilə üzləşən 23 nəfər xilas olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Qızılqum”, “Mingəçevir”, “Hövsan”, “Goradil” sularda xilasetmə məntəqələrinin ərazisində və “Sumqayıt”, “Mingəçevir”, “Nardaran”, “Qızılqum”, “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 23 nəfər xilas edilib.

DİGƏR XƏBƏRLƏR

Top