"Sabah" - "Neftçi" oyununda insident yaşandı


Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun "Sabah" - "Neftçi" matçında insident baş verib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, əvvəlcə iki mübarizə zamanı meydan sahiblərinin futbolçusu Aleksey İsayev qonaqların yarımmüdafiəçisi Kenni Sayefə qarşı kobudluqdan sonra onu itələyib.

Ardınca isə cərimə zərbəsi zamanı "Sabah"dan Abdulaye Ba ilə "Neftçi"dən Voislav Stankoviç arasında gərginlik baş verib. Matçın baş hakimi Fərid Hacıyev hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.

DİGƏR XƏBƏRLƏR

Top