Bakıda “dilənçi əməliyyatı” - Video


Paytaxt polisi avaraçılıq, dilənçilik və tüfeyli həyat tərzi keçirən şəxslərə qarşı əməliyyat keçirib.

Yeniavaz.com
xəbər verir ki, müəyyən gəlir əldə etmək üçün əhalinin küçədə hərəkətinə mane olan şəxslər saxlanıb. Şəhərin müxtəlif ərazilərində saxlanan bir qrup şəxs polis idarəsinə gətirilib. Onların əsasən Yevlax rayonundan paytaxta dilənməyə gəldikləri iddia edilir. 

Qeyd edək ki, bu cür şəxslərə qarşı polis mütəmadi proflaktik tədbirlər həyata keçirir. Bu gün aşkar edilmiş 70 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Polisdən o da bildirilib ki, belə neqativ əməllə məşğul olanlar arasında azyaşlılar və yetkinlik yaşına çatmamış şəxslər aşkar edildikdə valideynlərinə təhvil verilirlər.

DİGƏR XƏBƏRLƏR

Top