Oğuz rayonunda əkin sahəsi yanır.
Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, yanğın rayonun Calut kəndi ərazisində, bələdiyyəyə məxsus sahədə qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğın davam edir.
