Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) meşə yanğınları ilə əlaqədər Əlcəzairə başsağlığı verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində bildirilib.

“Əlcəzairdə meşə yanğınları nəticəsində yaxınlarını itirən və əziyyət çəkən ailələrə dərin hüznlə başsağlığı veririk. Biz Əlcəzairə hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk”, - deyə paylaşımda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top