Şəkidəki yanğın söndürüldü - Yenilənib


Şəki şəhərinin dağlıq hissəsində başlayan yanğın söndürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Baş vermiş hadisə ilə bağlı nazirliyin yaydığı məlumatda deyilir ki, 6 hektar sahədə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***16:15
Şəki şəhərinin yuxarı dağətəyi hissəsində yanğın başlayıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün günorta saat 13 radələrində Şəki şəhərinin yuxarı hissəsində, Bəxtiyar Vahabzadə küçəsinin yaxınlığında dağətəyi ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top