Türkiyənin Qaziantep vilayətində baş verən zəncirvari avtomobil qəzası nəticəsində azı 16 nəfər ölüb, 22 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qaziantep valisi Davut Gül bildirib.
Hadisə ölkənin Tarsus-Adana-Qaziantep magistralında baş verib.
Hadisə zamanı ölənlərdən ikisi səhiyyə işçisi, üçü yanğınsöndürən, digər ikisi isə Türkiyənin “İhlas” xəbər agentliyinin əməkdaşlarıdır. Qəza nəticəsində sərnişin avtobusu dərəyə aşıb.
Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.
Gaziantep-Nizip otoyolunda şarampole devrilen araca müdahale eden park halindeki ambulans ve itfaiye aracına otobüs çarptı. Kazada ilk belirlemelere göre 2 kişi hayatını kaybetti, 10 kişi yaralandı. Detayları @trthaber muhabiri Bülent Çulcuoğlu aktardı.https://t.co/yLO5s7C30O pic.twitter.com/e4J0DO3NBM
— TRT Haber Canlı (@trthabercanli) August 20, 2022