Nəsimi Ağayev Azərbaycanın Almaniyadakı səfiri oldu - Sərəncam


Nəsimi Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Dövlət başçısının digər Sərəncamı ilə Nəsimi Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top