Danimarka şirkəti bu Türkiyə klubunu aldı


Danimarkalı iş adamı Rasmus Ankersenin icraçı direktor olduğu “Sport Republic” şirkəti Türkiyənin İzmir şəhərini təmsil edən “Göztəpə” futbol klubunun hissələrinin 70 faizini satın alıb.
Yeniavaz.com
xəbər verir ki, bu satınalma ilə şirkət klubun idarəçiliyini öz üzərinə götürüb.
İngiltərə Premyer Liqasında çıxış edən "Sauthempton" klubu (“Sport Republic”in sahibi) sosial şəbəkə hesabında “Göztəpə”yə “xoş gəldin” mesajı göndərib. Qeyd edək ki, “Göztəpə” klubu Türkiyənin birinci liqasında çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top