Çörək bahalaşdı, Dövlət Xidməti monitorinqə başladı


Xəbər verdiyimiz kimi, Azərbaycanda unun və çörəyin qiyməti bahalaşıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, qurum un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün tədbirlər həyata keçirir.
Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.

DİGƏR XƏBƏRLƏR

Top