Türkiyədə Ermənistandakı AES-lə bağlı təlim keçirildi - Fotolar


Qarsdakı axtarış-xilasetmə qrupları Türkiyədən 16 kilometr uzaqlıqda yerləşən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasından yarana biləcək kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) sızmasına qarşı təlimləri tamamlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu Ajansı” xəbər agentliyi məlumat yayıb.
Türkiyə-Ermənistan sərhədindəki Akyakada ilk dəfə genişmiqyaslı KBRN təliminin keçirildiyini bildirən Akyaka İnteqrasiya Dövlət Xəstəxanasının müdiri Onur Budak təlimlərlə bağlı bunları deyib:
“Təlimlə sərhədimizdəki AES-də baş verə biləcək hər hansı sızmaya qarşı fövqəladə vəziyyətlərdə xəstəxanamızda olan personalın müdaxiləsini və təlimini həyata keçirdik. Ssenariyə görə 20 yaralı olub, onlardan 10-u öz imkanları ilə xəstəxanamıza müraciət edib, qalan 10 nəfəri isə qruplarımız gətirdi, burada lazımi müdaxilələri etdik”.


DİGƏR XƏBƏRLƏR

Top