MN-dən vəfat edən polkovniklə bağlı açıqlama - Yenilənib


"Bu gün mətbuatda polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlunun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb. S.Zülfüqarov hərbi xidmətdə deyil, hazırda ehtiyatdadır".

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.


***12:18
Vətən müharibəsi iştirakçısı olan polkovnik-leytenant vəfat edib.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Quru Qoşunlarının zabiti 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün - avqustun 18-də ürəktutmadan dünyasını dəyişib.
Hadisənin polkovnik-leytenant İsmayıllı rayonunda, məzuniyyətdə olarkən baş verdiyi qeyd olunur.


DİGƏR XƏBƏRLƏR

Top