İngiltərə kraliçasının nəvəsi kassir köməkçisi işləyir - Saatı 14 manata


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizavetanın nəvəsi Luiza Lindzorun (Şahzadə Edvardın və Sofiyanın qızı) yeni iş yeri gündəm olub.
Yeviavaz.com
xəbər verir ki, “The Sun” jurnalistləri Luiza Vindsorun bağ mərkəzində kassir köməkçisi işlədiyini və saatda təxminən 14 manat qazandığını öyrəniblər.
Belə ki, bu il Luiza ölkənin ən nüfuzlu təhsil müəssisələrindən birinə - Sent-Endryus Universitetinə daxil olub. Lakin tədris ili başlamamış Kraliçanın nəvəsi boş oturmamağa qərar verib və özünə iş tapıb.
Lindzorun kassir köməkçi işləməsinin şahidi olanlar onun işini çox yaxşı gördüyünü vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top