Dünyada hiperinflyasiyanın olduğu 10 ölkə - Aralarında 2 qonşumuz da var...


Bu il yanvar-iyul aylarında ötən ilin analoj dövrü ilə müqayisədə dünyada ən yüksək inflyasiya səviyyəsi Zimbabvedə qeydə alınıb.
Yeniavaz.com
 "Tradingeconomics”ə istinadən bildirir ki, bu ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəllki ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artıb. 
Məlumat üçün bildirək ki, bu ilin ilk 7 ayı ərzində dünyada hiperinflyasiyanın (50%-dan yüksək) qeydə alındığı 10 ölkə arasında Azərbaycanın əsas ticarət tərəfdaşı və qonşu dövlətlər olan Türkiyə və İran yer alıb. Son 7 ayda Türkiyədə  79,6%, İranda isə 54% həddində inflyasiya qeydə alınıb.
Dünyada hiperinflyasiya qeydə alındığı ölkələrin siyahısını təqdim edirik:

Zimbabve – 256,9 %
Livan – 210,1 %
Venesuela – 167,2 %
Sudan – 148,9 %
Suriya – 139,5 %
Türkiyə -79,6 %
Argentina – 71 %
Şri-Lanka – 60,8 %
Surinam – 55,6 %
İran – 54 %

Onu da qeyd edək ki, dünyada hiperinflayasiya ilə bərabər sürətli inflyasiyanın (10%-dan yüksək) müşahidə olunduğu 54 ölkə var. Azərbaycan da sürətli inflyasiyanın qeydə alındığı ölkələrdən biridir. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% həddində qiymət artımı müşahidə olunub.
Azərbaycanla bərabər keçmiş SSRİ ölkələrindən olan Moldovada (33,5%), Estoniyada (22,8%), Ukraynada (22,2%), Litva (21,6%), Latviya (21,5%), Belarus (18,1%), Rusiya (15,1%), Qazaxıstan (15%), Qırğızıstan (13,8%), Türkmənistan 12,4%), Özbəkistan (12,3%) və Gürcüstanda (11,5%) sürətli inflyasiya qeydə alınıb.
Keçmiş SSRİ ölkələri arasında ən aşağı inflayasiya Ermənistan (9,3%) və Tacikistanda (8,3%) olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top