Azərbaycanlı jurnalist ermənilərin yaşadığı əraziyə getdi - Video


Azərbaycanlı jurnalist Eynulla Fətullayev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan, ermənilərin yaşadığı Laçının Zabux kəndində və rayon mərkəzində olub.
Yeniavaz.com
xəbər verir ki, o özünün “YouTube” kanalında getdiyi yerlərdən reportaj dərc edib.
Reportajda jurnalist müxtəlif erməni sakinlərlə ünsiyyətdə olub, ərazidə yerləşən strateji məntəqələri lentə alıb.
Sözügedən reportajı təqdim edirik:
Qeyd edək ki, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata əsasən, Laçın dəhlizinə alterbnativ yolun çəkilişindən sonra rayonda məskunlaşan ermənilər bu əraziləri tərk etməlidirlər. Alternativ yolun Azərbaycandan keçən hissə artıq təhvil verilib. Ermənistan tərəfi avqust ayının sonuna qədər Laçında məskunlaşmış ermənilərin o ərazilərdən çıxarılacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top