“Yanğınların təbiətə böyük faydası var”


"Düzdür, meşə yanğınları insan və təbiət üçün zərərli səciyyə alanda tədbirlər önəmlidir. Amma yanğınların təbiətə böyük faydası da elmə məlumdur".
Yeniavaz.com
xəbər verir ki, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.
“Yanğınlar ekosistemlərə yeni nəfəs verir. Elə canlılar var ki, müntəzəm yanğınlar ekosistemi təzələməsə, onlar məhv olar. Uzun müddət meşələri yanğından bərk qorusan, geci-tezi yenə də yanacaq, amma yananda zərəri xeyrini üstələyəcək.
Odur ki, hər dəfə meşədən tüstü çıxan kadrları görəndə fəlakət hissi yaşamaq və onu başqalarına ötürmək lazım deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyimiz bir çıxıb xalqa desəydi görək, bu ilin yanğınları təbiət üçün sağlamlaşdırıcı axarındadırmı, yoxsa Fövqəladə Hallar Nazirliyinin daha ciddi müdaxiləsinə ehtiyac var. Bu olardı başqa söhbət”, - İ.Məmmədov bildirib.
Qeyd edək ki son günlər Azərbaycanın bəzi şimal rayonlarında meşə yanğınları davam edir. Aidiyyəti strukturların verdiyi məlumatlara görə, yanğının qarşısının alınması tam təmin edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top