Şabranda başlayan yanğın Siyəzənə keçdi


Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.

Yeniavaz.com Report-a istinadla xəbər verir ki, Şabran rayonunda 4 gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xızı, Siyəzən və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissələrindən 3 avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top