Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 29 müntəzəm marşrut xətti üzrə 71 avtobusun hərəkət intervalında gecikmələr var.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
1. Binəqədi şossesi – Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-15 dəqiqə gecikmə müşahidə olunur.
2. Bakı-Sumqayıt şosesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.
3. Zabrat şosesi-şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur
4.Tbilisi prospekti – şəhər istiqamətində 2,37, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.